Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə görüş keçirilib

04.07.2023

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin görüşü keçirilib. Görüş zamanı #rəqabət siyasəti, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrinin mövzuları müzakirə edildi.

Görüş çərçivəsində yaxından tanışlıq, #dövlət-#özəl sektor tərəfdaşlığı istiqamətində birgə layihələrin həyata keçirilməsi və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib. AQİSA tərəfindən mal, iş və xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərin daim diqqətdə saxlanılması və bu yöndə Dövlət Xidməti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Sonda #sahibkar-ların müraciətləri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar müzakirə zamanı diqqətə çatdırılıb. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun həllər, təklif və rəylər dinlənilib.