Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

KOBİA rəhbərliyi və AQİSA sahibkarları arasında görüş keçirilib

15.09.2023

Sentyabrın 4-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) ilə görüş keçirilib.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və AQİSA-ya üzv olan sahibkarlar iştirak ediblər.

Görüşdə qida və içki sənayəsində sahibkarların qarşılaşdıqları çətinliklərə dair fikir mübadiləsi aparılıb. Həmçinin görüş əsnasında laborator analizlərin aparılması, idxal-ixrac əməliyyatları, ət kəsimi prosesi, qanunvericiliyin təkmilləşdirilməsi prosesində ictimai iştirakçılıq, istehsal və ixrac prosedurları barədə sahibkarların təklifləri dinlənilib, KOBİA-nın qeyd edilən istiqamətlərdə dəstəyinə dair müzakirələr aparılıb.