Zeytunun tərkibində olan vitaminlər kompleksi sinir sisteminə müsbət təsir edir, gərginliyi aradan qaldırır, eyni zamanda sağlam gümrahlıq verir, enerji əlavə edir. Zeytunun tərkibində olan C və E vitaminləri antioksidant sayılır, onkoloji xəstəliklərə qarşı profilaktik vasitə kimi istifadə edilir. Zeytunun tərkibində olan minerallar isə ürək və damarlara tonusda olmağa kömək edir, eyni zamanda qanın tərkibində hemoqlabinin miqdarını artırır.