Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Mayın 22-də Vilnüsdə Azərbaycan-Litva biznes forumu keçirilib

04.07.2023

Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva biznes forumu keçirilib.

Forum çərçivəsində ölkələrimiz arası ikili əlaqələrin inkişafı, tərəfdaşlıqlar, və ölkə iqtisadiyyatlarının informasiya texnologiyaları, logistika, istehsal, qabaqcıl ərzaq sənayesi, bərpaolunan enerji kimi müxtəlif mövzular üzrə əməkdaşlıqları nəzərə alınıb. Forum zamanı qarşılıqlı investisiya imkanlarının əhəmiyyəti vurğulanıb, əlavə olaraq kənd təsərrüfatı məhsullarının emalı və ekoloji təmiz qida məhsullarının istehsalı ilə məşğul olan litvalı sahibkarlar istehsal etdikləri məhsulları Azərbaycan bazarında satmaqda maraqlı olduğunlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan-Litva biznes forumunda Azərbaycan Qida və İçki Sənayəçiləri Assosiasiyasının idarə heyətinin üzvüdə iştirak etmiş və səfər çərçivəsində qida sektorunda olan şirkətlərlə əhəmiyyətli görüşlər keçirmişdir.