Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA idarə heyətinin İyun ayı görüşü keçirilmişdir

15.09.2023

Görüş zamanı əvvəlki görüşdə qəbul olunan qərarların icrası, Assosiasiyanın gələcək planlarına dair mühüm qərarlar, yeni üzvlərlə bağlı məsələlər, həmçinin sənayenin inkişaf istiqaməti ilə əlaqəli mövzular müzakirə olunmuşdur. Şuranın növbəti iclasına qədər cari məsələlərə əsaslanaraq yeni plan hazırlanmışdır.

İclas zamanı üzvümüz olan Qala Atçılığın qonağı olduq, məhsul və xidmətlərindən istifadə etmiş və məkanın mükəmməl qonaqpərvərliyini təcrübə etmişik. Görüşün qeyri rəsmi hissəsində Vətən Müharibəsi iştirakçısı və Azərbaycan Silahlı Qüvvələrinin polkovniki olan Tehran Mənsimovla yaxından tanış olmaq imkanı da yaranmışdır. Görüş zamanında sənayə ilə bağlı fikir mübadiləsi də baş tutmuşdur.