Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

İdarə heyətinin May ayı görüşü baştutmuşdur

13.05.2020

AQİSA idarə heyətinin aylıq növbəti görüşü May ayının 27-də baş tutmuşdur.

Görüş zamanı bir öncəki iclasda alınan qərarların icra vəziyyəti ilə tanış olunmuş, üzvlük müraciətləri müzakirə edilərək sahibkarlardan gələn şikayətlər müzakirə olunmuşdur. Aidiyyatı şəkildə bir sonrakı görüşə qədər fəaliyyət planı tərtib olunmuşdur.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov idarə heyəti ilə yaxından tanış olmaq üçün iştirak etmiş, KOBİA ilə AQİSA arasında bağlanan 17 May tarixli memorandum, ikili əməkdaşlıq imkanları və sənayə üçün əhəmiyyətli məsələlərin birlikdə həllinə toxunmaq istənildiyi müzakirə edilmişdir.