Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

İyulun 17-də KOBİA yanında İctimai Şuranın üzvü olaraq QHT Agentliyinin təşəbbüsü ilə bir araya gəldik.

15.09.2023

İyulun 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)yanında İctimai Şuranın üzvü olaraq Qeyri Hökümət Təşkilatları (QHT) Agentliyinin təşəbbüsü ilə bir araya gəldik. Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində aparılan müzakirələrdə şura üzvləri və agentliyin nümayəndələrinin fikir və təklifləri səsləndirildi. Biznes assosiasiyalarının fəaliyyətinin genişləndirilməsi, qanunvericilik aktlarının qəbulu zamanı sahəvi assosiasiyaların rəy və təkliflərinin öyrənilməsinin əhəmiyyəti bir daha agentlik rəsmilərinin diqqətinə çatdırıldı. Sonda gələcək əməkdaşlıq və qarşılıqlı fəaliyyətin təmin olunması üçün təkliflər səsləndirildi.