Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

“Volt Azərbaycan” MMC ilə görüş keçirildi

15.09.2023

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və agentlik yanında İctimai Şuranın üzvü olaraq Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası birgə son günlər “Volt Azərbaycan” MMC ilə bağlı yaranmış vəziyyətə dair şirkət rəhbərliyi ilə KOB Evində görüş keçirilib. Görüşdə son bir neçə gün ərzində şirkətlə bağlı yaranmış vəziyyətə dair fikir mübadiləsi aparılıb, məsələyə dair şirkət rəhbərliyinin fikirləri dinlənilib.

Qeyd edilib ki, KOBİA mandatına uyğun olaraq daima sahibkarların yanındadır və onların qanuni maraqlarının müdafiəsi üçün səlahiyyətləri çərçivəsində #biznes subyektlərinə #dəstək göstərir.

Mövcud vəziyyətlə bağlı KOBİA şirkətin qanuni maraqlarının qorunmasına, yaranmış vəziyyətin həllinə dəstək olmağa hazırdır.

Eyni zamanda istehlakçıların hüquqlarının və sağlamlıqlarının qorunması, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin maraqlarının təmin olunması məsələlərinin diqqətdə saxlanılması da şirkət rəhbərliyinə bildirilib.