Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Haqqımızda

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), 2019-cu ildə dövlət qeydiyyatından keçmişdir. Azərbaycanda qida və içki sənayesində fəaliyyət göstərən, dinamik və sahibkarlar tərəfindən idarə olunan bu təşkilat, sahibkarların maraqlarını qorumağa və sənayenin inkişafına nail olmağa həsr olunmuşdur.

Aparıcı sənaye birliyi olaraq, AQİSA ölkə daxilində qida və içki sənayeçilərinin, istehsalçılarının, HORECA-ların, pərakəndəçilərin, idxal və ixracatçıların kollektiv səsini təmsil edir. Missiyamız Azərbaycanın iqtisadi inkişafına fəal töhfə vermək, sektor əməkdaşlığını, innovasiyaları və davamlı inkişafı təşviq etməkdir.

AQİSA, “Tüm Restoranlar və Turizmcilər Dərnəyi”nin (TÜRES) Azərbaycan nümayəndəsi, Azərbaycan Texnologiya Universitetində Himayədarlar Şurasının üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyində İctimai şuraların üzvüdür. AQİSA, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin rəsmi dəstəkçisidir.

Ünvan

Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə, 2-ci mərtəbə

Contacts
contact@aqisa.org.az