Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Haqqımızda

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), 2019-cu il dövlət qeydiyyatından keçmişdir. Azərbaycanda qida və içki sənayesində fəaliyyət göstərən dinamik və sahibkarlar tərəfindən idarə olunan bu təşkilat, sahibkarların maraqlarını qorumaq və sənayenin inkişafına nail olmağa həsr olunmuşdur.

Aparıcı sənaye birliyi olaraq, AQİSA ölkə daxilində qida və içki sənayeçilərinin, istehsalçılarının, ictimai iaşələrin, horecaların və təchizatçıların kollektiv səsini təmsil edir. Missiyamız Azərbaycanın iqtisadi inkişafına fəal töhfə vermək, sektor əməkdaşlığını, innovasiyaları və davamlı inkişafı təşviq etməkdir.

Geniş şəbəkəmiz vasitəsilə AQİSA sənaye mütəxəssisləri üçün əlaqə yaratmaq, biliklərini bölüşmək və fikir mübadiləsi aparmaq üçün mövcuddur. Assosiasiya olaraq sənayenin müdafiəsini və əlverişli biznes mühiti yaratmağa nail olmaq üçün dövlət orqanları, tənzimləyici qurumlar və digər maraqlı tərəflərlə tərəfdaşlıqlar qururuq.

Ünvan

Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə, 2-ci mərtəbə

Contacts
contact@aqisa.org.az