Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

100% Made in Italy sızma zeytun yağına həsr olunmuş seminar keçirilib

7/22/20261 min read

22 iyul tarixində CASA Culinary Art Center-də İtaliya Ticarət Agentliyi (ITA/ICE) tərəfindən 100% Made in Italy sızma zeytun yağına həsr olunmuş seminar keçirilib. Tədbirdə AQİSA və üzvlərinin nümayəndələri iştirak ediblər.

Seminar zamanı iştirakçılar İtaliya mətbəxində istifadə olunan sızma zeytun yağlarının növləri, keyfiyyət xüsusiyyətləri və düzgün istifadə qaydaları barədə yeni bilik və təcrübə əldə ediblər. Tədbir italiyalı ekspert Giovanni Allodi tərəfindən aparılıb.

Seminar ALMA-nın baş aşbazı Bruno Ruffino tərəfindən təqdim olunan zeytun yağı növlərinin və ənənəvi İtaliya çörəyi ”fokaccia”-nın dequstasiya təqdimatı ilə yekunlaşıb.

Tədbir qida sənayesi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, peşəkar biliklərin artırılması və yeni əməkdaşlıq imkanlarının inkişafı baxımından iştirakçılar üçün faydalı platforma olub.