Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

16-Dekabr tarixində Baş tutan “Dayaq” mükafatı təqdimatında AQİSA İdarə Heyətinin Sədri və Üzvləridə iştirak etmişdir

12/18/20242 min read

16-Dekabr tarixində Baş tutan “Dayaq” mükafatı təqdimatında AQİSA İdarə Heyətinin Sədri və Üzvləridə iştirak etmişdir. AQİSA İdarə Heyətinin üzvü olan “Balakan Foods” MMC “Halal biznes” üzrə mükafata layiq görülmüşdür.

Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 3 ildir ki, biznes nümayəndələrinə “Dayaq” mükafatı təqdim edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən, aktiv #investisiya fəaliyyəti ilə seçilən, məşğulluğun təmin edilməsinə öz töhfəsini verən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, #biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir. Rəmzi məna daşıyan “Dayaq” mükafatı həm də dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir.

2024-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra 2024-cü ildə uğur qazanmış 15 #sahibkarlıq subyektinə dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatları təqdim edilib. Sahibkarlar “Turizm”, “Fəal xarici şirkət”, “Fəal ixracatçı şirkət”, “Uğurlu fermer”, “Gənc sahibkar”, “Uğurlu qadın #sahibkar”, “İlin investoru”, “Əlillik məhdudiyyət deyil”, “İnnovativ həllər”, “Uğurlu startap”, “Naxçıvan Muxtar Respublikasında uğurlu şirkət”, “Halal biznes”, “Azad olunmuş ərazilərdə uğurlu biznes”, “Yaşıl biznesin təşviqi” və “Təmiz ətraf mühit və yaşıl artım” nominasiyaları üzrə mükafatlandırılıblar.

Həmçinin KOBİA tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi KOB evlərində “#G2B xidmətlərinin səmərəli təşkili” nominasiyası üzrə mükafata layiq görülüb.