Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
18 Aprel Tarixində AQİSA İdarə Heyətinin Görüşü Keçirildi: Qərarların İcra Vəziyyəti və Yeni Hədəflər Müzakirə Olundu
4/18/20241 min read


18 Aprel tarixində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) İdarə Heyətinin görüşü baş tutmuşdur.
Görüşdə, İdarə Heyətinin üzvləri May 2023-cü il və Aprel 2024-cü il arasında verilən qərarların və onların icra vəziyyətlərinin nəzərdən keçirilməsi ilə tanış olmuşlar. Təşkilatın qeyd edilən dövrdəki fəaliyyəti geniş müzakirə olunmuşdur.
Hesabatda AQİSA-nın sahibkarlara dövlət-özəl dialoqunda verdiyi dəstəklər, sosial layihələrdəki tərəfdaşlıqları və digər görülən işlər barədə məlumat təqdim edilmişdir.
İclasda, AQİSA-nın genişləndirilməsi üçün yeni hədəflər müəyyən edilərək, yeni yol xəritəsi və planları hazırlanmışdır.
