Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

25 Aprel Tarixində “Sahibkarlar Günü”nə və ASK-nın 25 illiyinə Həsr Olunmuş Konfransda AQİSA İdarə Heyətinin Sədri Emin Dostiyari İştirak etdi: “Azərbaycanın Sosial-İqtisadi İnkişafının Yeni Dövrü” Mövzusu Müzakirə Olundu

4/25/20242 min read

25 Aprel tarixində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyətinin sədri Emin Dostiyari, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA və ASK-nın təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə və ASK-nın yaranmasının 25 illiyinə həsr olunmuş “Azərbaycanın Sosial-İqtisadi İnkişafının Yeni Dövrü” mövzusunda konfransda iştirak etmişdir.

Konfrans, 22 il əvvəl, 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşlərini yad etmək məqsədini güdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq doqquz ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişdir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov konfrans iştirakçılarına video müraciət ünvanlamışdır. Digər çıxışçılar arasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və “Hünər Qrup” şirkətinin təsisçisi və baş direktoru Ehtiram Quliyev olmuşdur. Çıxışlarda ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında ulu öndərin rolu, bu siyasətin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi, özəl sektorun inkişafı, sahibkarların sosial rifah və məşğulluqda rolu, kiçik və orta biznesin inkişafının prioritetliyi və dövlət-özəl dialoqunun əhəmiyyəti barədə məlumat verilmişdir.

Konfransın sonunda Prezident İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunmuşdur.