Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

30-cu Beynəlxalq Qida Sənayesi Sərgisi – InterFood Azerbaijan keçirilib

5/16/20251 min read

16 may tarixində Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Azərbaycan Beynəlxalq “Qida Sənayesi” sərgisi – InterFood Azerbaijan keçirilib. Sərgi qida sektorunda fəaliyyət göstərən yerli və xarici şirkətləri, istehsalçıları, idxalçı və ixracatçıları bir araya gətirərək yeni texnologiyalar, innovativ həllər və müasir yanaşmaların nümayişi üçün platforma olub.

Tədbir çərçivəsində dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və biznes subyektləri arasında qida təhlükəsizliyi, ticarət imkanları və sektorun inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin B2B görüşlər və işgüzar müzakirələr təşkil olunub. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) da sərgidə iştirak edərək qida sənayesində əməkdaşlıq imkanları və inkişaf perspektivləri üzrə görüşlər keçirib.