Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi – InterFood Azerbaijan keçirilib
5/8/20261 min read
5–8 may 2026-cı il tarixlərində keçirilən 31-ci Beynəlxalq Qida Sənayesi Sərgisi – InterFood Azerbaijan qida sektorunda fəaliyyət göstərən şirkətləri bir araya gətirib. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQISA) sərgi iştirakçıları ilə görüşlər keçirərək əməkdaşlıq imkanları, sektorun inkişaf perspektivləri və yeni tərəfdaşlıqlar ətrafında fikir mübadiləsi aparıb. Sərgi çərçivəsində qida sənayesi, içki istehsalı, qablaşdırma, qida texnologiyaları və “Made in Azerbaijan” məhsulları nümayiş olunub. Həmçinin forumlar, panel müzakirələri, B2B və B2G görüşləri təşkil edilib.




