Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

31 May Tarixində AQİSA İdarə Heyətinin Görüşü: Sərgilər, Üzv Qəbulu və Sənaye Problemləri Müzakirə Olundu

5/31/20241 min read

31 May tarixində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) İdarə Heyətinin görüşü baş tutmuşdur.

Görüşdə, İdarə Heyətinin üzvləri 18 Aprel idarə heyəti iclasında verilən qərarların icra vəziyyətləri ilə tanış oldular. Görüşdə AQİSA-nın rəsmi dəstəkçisi olduğu və 2025-ci ildə 13-dən 17-dək baş tutacaq olan “İnterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri, təşkilatın yeni üzv qəbulu üzrə izlənəcək strateji plan və sənayedə baş verən mövcud problemlərə həllər müzakirə olunmuşdur.

İclasda yeni hədəflər müəyyən edilərək planlar hazırlanmışdır.