Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
5-ci “Müstəqil İş Adamları Görüşü” 200-dən Çox Sahibkarın İştirakı ilə Keçirildi: Əlaqələrin Artırılması və Yeni Tərəfdaşlıqların Qurulması Müzakirə Edildi
5/3/20241 min read
Aprelin 29-da MUSİAD Azərbaycan təşkilatçılığı, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının dəstəyi və Bahçeşehir Universitetinin baş sponsorluğu ilə 200-dən çox sahibkarın iştirak etdiyi 5-ci “Müstəqil İş Adamları Görüşü” baş tutmuşdur.
Tədbirin əsas məqsədi sahibkarlar arasında əlaqələrin artırılması, yeni tərəfdaşlıqların qurulması və yeni layihələrin reallaşdırılması üçün ölkə iqtisadiyyatı və dünya iqtisadiyyatı haqqında məlumat mübadiləsini təmin etmək idi. Görüş iştirakçılar tərəfindən müsbət qarşılanmış və faydalı hesab edilmişdir.
Bununla yanaşı, iş dünyasının önəmli simalarının bir araya gəldiyi bu tədbirdə əlaqələrin möhkəmləndirilməsi və birgə iş imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.