Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA İdarə Heyətinin 2025-ci İl Üzrə İlk İclası Keçirildi

1/11/20251 min read

İclas zamanı 2024-cü il ərzində həyata keçirilmiş fəaliyyətlər və qəbul edilmiş qərarlar geniş müzakirə edildi. Həmçinin, AQİSA-nın üzvlərinə və ölkənin sənaye sektoruna verdiyi töhfələr, təşkil edilən sərgilər və tədbirlər ətraflı təhlil olundu.

Görüşün əsas hissəsi 2025-ci il üçün yeni qərarların qəbul edilməsinə və hədəflərin müəyyən edilməsinə həsr olundu. İdarə heyəti AQİSA-nın və üzvlərinin inkişafını dəstəkləyəcək layihələri, görülməsi planlaşdırılan işləri və strateji istiqamətləri müzakirə etdi.

Bununla yanaşı, üzvlərin ehtiyaclarının qarşılanması, sənayenin inkişafı üçün atılacaq addımlar və qarşıdakı dövrdə əməkdaşlıqların genişləndirilməsi istiqamətində təkliflər irəli sürüldü. AQİSA-nın fəaliyyətinin effektivliyini artırmaq və daha geniş miqyaslı təsir yaratmaq üçün yeni təşəbbüslər müzakirə edildi.

Bu iclas, həm ötən ilin nailiyyətlərini qiymətləndirmək, həm də 2025-ci il üçün yeni hədəflər qoymaq baxımından əhəmiyyətli oldu. AQİSA idarə heyəti növbəti illərdə daha da böyük uğurlara imza atmaq üçün birgə çalışmağa hazır olduğunu vurğuladı.