Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA idarə heyətinin aylıq növbəti görüşü keçirildi

5/27/20231 min read

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) idarə heyətinin aylıq növbəti görüşü May ayının 27-də baş tutmuşdur.

Görüş zamanı bir öncəki iclasda alınan qərarların icra vəziyyəti ilə tanış olunmuş, üzvlük müraciətləri müzakirə edilərək sahibkarlardan gələn şikayətlər müzakirə olunmuşdur. Aidiyyəti şəkildə bir sonrakı görüşə qədər fəaliyyət planı tərtib olunmuşdur.

Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov idarə heyəti ilə yaxından tanış olmaq üçün iştirak etmişdir. KOBİA ilə AQİSA arasında bağlanan 17 May tarixli memorandum, ikili əməkdaşlıq imkanları və sənaye üçün əhəmiyyətli məsələlərin birlikdə həllinə toxunmaq istənildiyi müzakirə edilmişdir.

Görüşün rəsmi hissəsi bitdikdən sonra idarə heyəti AQİSA üzvlərindən olan Kolorit Kafenin dəvəti ilə Nizami küçəsində yerləşən filialında qonaq olmuş, sahibkarlıq fəaliyyəti ilə yerində tanış olub, müəssisənin xidmət və məhsullarından istifadə etmişdir.