Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
AQİSA İdarə Heyətinin Sədri Emin Dostiyari KOBİA yanında İctimai Şuraya Üzv Seçildi
12/29/20241 min read
İctimaiyyətin Nəzərinə
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin 4 sentyabr 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş “İctimai Şura haqqında” əsasnaməyə uyğun olaraq, KOBİA yanında İctimai Şuranın yeni tərkibinin müəyyən olunması üçün seçki keçirilib.
Seçkilərin nəticələrinə əsasən, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) İdarə Heyətinin sədri Emin Dostiyari İctimai Şuraya yeni seçilmiş üzvlər arasında yer alıb.
AQİSA-ya, ictimaiyyətin göstərdiyi etimada və seçkidə səs verən hər kəsə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
AQİSA Katiblik