Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
AQİSA “İnterFood Azerbaijan” və “Caspian Agro” Sərgilərində 9 Üzv Şirkətlə Uğurla Təmsil Olundu: AQTA Sədri Qoşqar Təhməzli AQİSA Stendini Ziyarət Etdi
5/20/20241 min read
Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində “İnterFood Azerbaijan” və “Caspian Agro” beynəlxalq sərgiləri keçirilib. Azərbaycan Qida və İçki Sənayeçilər Assosiasiyası (AQİSA) rəsmi dəstəkçisi olaraq, 9 üzv şirkətlə iştirak edib.
Mayın 15-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri cənab Qoşqar Təhməzli AQİSA-nın stendini ziyarət edib. Cənab Təhməzli yerli istehsal edilən müxtəlif məhsullardan, o cümlədən WeGrow-dan mavigilə və xaskapların, Azeri truffle tərəfindən yetişdirilən yerli truffle-in və Balacans Agro Foods-un xurma qurularını dequstasiya edib, həmçinin Farko MMC-nin istehsal etdiyi qəlyanaltılarla tanış olub.
Ziyarət zamanı cənab Təhməzli, Herba Flora şirkətinin nümayəndələri ilə bitki çayları və dərmanlarının tətbiqi ilə bağlı müzakirələr aparıb. Bundan əlavə, cənab Təhməzli yerli brend olan Redgold Absheron şirkətinin təmsilçisi ilə zəfəranın faydalarını müzakirə edib.
Bu sərgilər, Azərbaycan qida və içki sənayesinin inkişafını və tanıtımını dəstəkləmək məqsədilə əhəmiyyətli bir platforma təqdim etdi. AQİSA, bu cür tədbirlərdə iştirak etməyə və üzvlərinin uğurlarını dəstəkləməyə davam edəcək.