Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA “İnterFood Azerbaijan” və “Caspian Agro” Sərgilərində 9 Üzv Şirkətlə Uğurla Təmsil Olundu: KOBİA İdarə Heyətinin Sədri Orxan Məmmədovun AQİSA Stendinə Ziyarəti Baş Tutdu

5/19/20241 min read

Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində “İnterFood Azerbaijan” və “Caspian Agro” beynəlxalq sərgiləri keçirilib. Azərbaycan Qida və İçki Sənayesi Assosiasiyası (AQİSA) olaraq, rəsmi dəstəkçisi olduğumuz sərgilərdə doqquz üzv şirkətimizlə birlikdə iştirak etdik.

Sərgi zamanı AQİSA öz üzvlərinin müxtəlif məhsullarını, o cümlədən qaragilə, mürəbbə, meyvə şirələri, bitki çayları, zəfəran və s. nümayiş etdirdi. Ziyarətçilər və sənaye iştirakçıları bu məhsulların dequstasiya etmə imkanı əldə etdilər və bununla birgə AQİSA üzvləri də satış həyata keçirə bildilər.

AQİSA sərgi stendi ictimaiyyət, tərəfdaşlarımız və dövlət rəsmilərinin böyük marağına səbəb oldu. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədov stendi ziyarət edib və yerli şirkətlərimizin məhsulları ilə tanış olub. Ziyarət zamanı cənab Məmmədov “Balacan Agro Food” şirkəti tərəfindən istehsal olunan cemləri və digər məhsulları, “Herba Flora”nın bitki çayları və yağları və AQİSA üzvlərinin digər məhsulları ilə tanış olub.

Bu tədbir, Azərbaycan qida və içki sənayesinin inkişafına və tanıtımına böyük töhfə verərək, yerli istehsalçılarımızın məhsullarını geniş auditoriyaya təqdim etməsi üçün əhəmiyyətli bir platforma oldu. AQİSA olaraq, bu cür sərgilərdə iştirak etməyə və üzvlərimizin uğurlarını dəstəkləməyə davam edəcəyik.