Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
AQİSA-nın COP29 çərçivəsində “Sustainable Horizons: Innovations in Azerbaijan’s Food and Beverage Industry” adlı tədbiri baş tutdu
11/22/20242 min read
19 Noyabr tarixində, AQİSA-nın COP29 çərçivəsində “Sustainable Horizons: Innovations in Azerbaijan’s Food and Beverage Industry” adlı tədbir Yaşıl Zonada yerləşən AZPROMO-nun pavilionunda baş tutdu.
Tədbirin açılışında AQİSA İdarə Heyətinin Sədri tədbir iştirakçılarını salamladı. Açılış nitqində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın qida və içki sənayesinin əhəmiyyətindən və kiçik və orta biznesin (KOB) davamlı inkişafdakı rolundan bəhs etdi.
Daha sonra Dünya İqlim Sammitinin baş direktoru Jens Nielsen, BMT Fondunda İqlim və Qida üzrə direktor Lasse Bruun və Ocean Conservancy təşkilatının iqlim siyasəti üzrə böyük direktoru Anna-Marie Laura çıxış etdilər.
Açılış nitqlərində KOB-ların davamlı qida və içki sənayesinin formalaşmasındakı rolu, dövlət-özəl tərəfdaşlıqların əhəmiyyəti və davamlı ekosistemin inkişafının önəmi vurğulandı. Qida tullantılarının iqlimə və akvatik həyatına təsiri kimi məsələlər də xüsusi qeyd edildi.
Tədbirin ikinci hissəsində Hilton Baku otelinin baş meneceri Aykut Korkmaz və kommersiya direktoru Fəridə Həsənova qida tullantılarının hesablanması və azaldılması üçün süni intellekt və digər davamlı texnologiyaların Hilton Baku -da tətbiqini nümayiş etdirdilər.
Daha sonra Coca-Cola İçəcək Azərbaycan şirkətinin mühəndisi Rima Ağayeva tullantı sularının təmizlənməsi və akvatik həyat üçün təmiz su təmin edən texnologiyanı və istehsal müəssisəsində günəş işığını toplayan optik linzalar vasitəsilə enerjiyə qənaət texnologiyalarını təqdim etdi.
Üçüncü təqdimatda, Xəzər Su İnnovasiyaları Forumu (WIF) qurucusu Orxan Mikayıl forum haqqında geniş məlumat verdi. Forumun əsas məqsədi Azərbaycan və Xəzəryanı ölkələrdə səmərəli su istifadəsi, tullantı sularının təkrar istifadəsi və ətraf mühitə təsiri mövzularında müzakirə platforması olduğunu qeyd etdi.
Sonda AQİSA İdarə Heyətinin Sədri “Coastal Clean-up” təşəbbüsü haqqında danışdı. O, 15 il əvvəl 45 könüllü ilə başladığı bu təşəbbüsün hökumət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə genişləndiyini və hazırda minlərlə könüllü ilə davam etdiyini vurğuladı.