Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA-nın üzv şirkəti Herba Flora ilə əməkdaşlıq edən Yaponiyadan gələn qida şirkətinin nümayəndələri AQİSA-nın qonağı oldu.

9/6/20242 min read

AQİSA-nın üzv şirkəti Herba Flora ilə əməkdaşlıq edən Yaponiyadan gələn qida şirkətinin nümayəndələri AQİSA-nın qonağı oldu. Görüşdə Yaponiya və Azərbaycan bazarları arasında əməkdaşlıq imkanları, sənaye trendləri, birgə tədbirlərin təşkilindəki potensiallar, həmçinin Interfood və Caspian Agro sərgilərində iştirakla əlaqədar məsələlər müzakirə olundu. Görüşün əsas diqqət mərkəzində iki ölkə arasında ixrac və idxal perspektivləri dayanırdı və müxtəlif sahələrdə qarşılıqlı fayda verə biləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparıldı.

Müzakirələr zamanı Yaponyadan gələn qonaqlar tərəfindən gətirilən orijinal Yapon matchası təqdim olundu. Qonaqlar matchanın hazırlanma incəlikləri və bu qədim içkinin mədəni dəyəri barədə ətraflı məlumat verdilər. Eyni zamanda, müxtəlif matcha növləri, onların tərkibi və istifadə olunduğu sahələr, o cümlədən desert və içki hazırlığında necə tətbiq edildiyi barədə maraqlı təfərrüatlar bölüşdülər. Bu məhsulların Azərbaycanda necə təqdim oluna biləcəyi və yerli bazarda matcha ilə bağlı yeni istehlakçı vərdişlərinin formalaşdırılması mövzusunda da müzakirələr aparıldı.

Görüş zamanı həmçinin iki ölkə arasında daha da möhkəm əlaqələrin qurulması, birgə sərgi və tədbirlər vasitəsilə işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi yolları barədə geniş fikir mübadiləsi aparıldı.