Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA olaraq üzvümüz olan Hilton Baku otelində Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etdik

3/14/20251 min read

13 mart 2025-ci il tarixində AQİSA olaraq üzvümüz olan Hilton Baku otelində Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etdik. Tədbirdə AQİSA-ya üzv olan müxtəlif şirkətlərin rəhbərləri, sahibkarlar, millət vəkilləri, rəsmi nümayəndələr və digər dəyərli qonaqlar iştirak etdilər.

İftar süfrəsi səmimi və dostyana bir mühitdə baş tutdu. Qonaqlar arasında təkcə işgüzar əlaqələrin deyil, eyni zamanda ortaq dəyərlərimizin və prinsiplərimizin paylaşılması baxımından da mühüm bir platforma formalaşdı. Tədbir zamanı iştirakçılar arasında qarşılıqlı tanışlıq və ünsiyyət imkanları genişləndi, gələcək əməkdaşlıqlar və birgə layihələr barədə müxtəlif fikirlər müzakirə olundu.

Açılış hissəsində AQİSA İdarə Heyətinin sədri qonaqları salamlayaraq çıxış etdi, Ramazan ayının mənəvi əhəmiyyətindən və birliyi, həmrəyliyi təşviq edən dəyərlərindən bəhs etdi. Eyni zamanda, AQİSA-nın son dövrlərdə həyata keçirdiyi fəaliyyətlər və qarşıdakı planlar barədə qısa məlumat verildi.

Tədbirin sonunda iştirakçılara təşəkkür bildirildi və bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyi vurğulandı. AQİSA olaraq inanırıq ki, bu kimi tədbirlər üzvlərimiz arasında əməkdaşlığı və həmrəyliyi daha da möhkəmləndirəcəkdir.