Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA Tacikistanda keçirilən Beynəlxalq Qida Sənayesi Forumunda iştirak edib

8/26/20261 min read

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) Tacikistanın paytaxtı Düşənbə şəhərində 20–21 avqust tarixlərində keçirilən Beynəlxalq Qida Sənayesi Forumunda iştirak edib.

Forum qida sənayesinin inkişafı, investisiya imkanları, müasir texnologiyaların tətbiqi və beynəlxalq əməkdaşlıq perspektivlərinə həsr olunub.

Tədbir çərçivəsində AQİSA İdarə Heyətinin sədri Emin Dostiyari “Food Industry Development: New Challenges and Solutions” mövzusunda keçirilən Panel 2-nin moderatoru olub. Panel müzakirəsində qida sənayesinin inkişafı, yeni çağırışlar və onların həlli yolları, istehsalda müasir texnologiyaların tətbiqi, investisiya imkanları və tərəfdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində AQİSA Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi yanında “Xurokvori” Dövlət Unitar Müəssisəsi və “Kishvari Sabz” MMC ilə əməkdaşlığa dair iki sənəd imzalayıb.