Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
AQİSA üzvləri ilə səmimi ortamda yeniliklər və əməkdaşlıq imkanlarının müzakirəsi
A yacht breakfast gathering organized by AQİSA brought together members to discuss industry developments, collaborations, and investment opportunities.
9/1/20241 min read
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) bəzi üzvləri, üzv namizədləri və tərəfdaşlıq etdiyi rəsmi qurumların nümayəndələri ilə birlikdə səmimi bir ortamda yaxtada səhər yeməyi təşkil olunmuşdur.
Görüş zamanı sənayedəki son inkişaflar, yeniliklər və əməkdaşlıq imkanları geniş şəkildə müzakirə olundu. Eyni zamanda, investisiya qoyula biləcək potensial sahələr, yeni layihələr və digər əməkdaşlıq istiqamətləri də nəzərdən keçirildi. İqtisadi zonalarda yaranmış şərait və sahibkarlıq üçün cəlbedici şərtlər müzakirə olundu.
Səmimi və konstruktiv müzakirələr şəraitində keçən bu görüşdə, yalnız qida və içki sənayesi deyil, ümumilikdə ölkəmizdəki əlverişli biznes şəraitinin inkişafı və innovasiyalara hər zaman açıq olduğu da vurğulandı.