Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

AQİSA üzvləri və Qarabağ Universitetinin rəhbərliyi arasında görüş baş tutmuşdur

8/26/20241 min read

AQİSA və Türes Azərbaycan üzvlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfəri baş tutmuşdur.

Səfər çərçivəsində AQİSA və Türes Azərbaycan üzvləri Qarabağ Universitetinin rəhbərliyi ilə görüş keçirmişlər. Görüş zamanı cənab rektor Şahin Bayramov universitetin fəaliyyəti, aparılan təmir-bərpa işləri və yeniliklər haqqında ətraflı məlumat vermişdir. Həmçinin, Qarabağ Universiteti ilə AQİSA arasında tanışlıq, potensial əməkdaşlıq sahələri, dəstək mexanizmləri və qida sahəsində fəaliyyət göstərən mütəxəssislər tərəfindən göstərilə biləcək dəstəklər müzakirə olunmuşdur.