Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
AQİSA və Africa–Azerbaijan Cooperation arasında əməkdaşlıq memorandumu imzalanıb
5/11/20261 min read


“Africa Week” çərçivəsində Africa–Azerbaijan Cooperation və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum AQİSA-nın İdarə Heyətinin sədri Emin Dostiyari ilə imzalanaraq qida sənayesi, kənd təsərrüfatı, ticarət, ixrac və investisiya sahələrində Azərbaycan ilə Afrika ölkələri arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənəd çərçivəsində Azərbaycan və Afrika mənşəli məhsulların təşviqi, biznes tədbirlərinin və sərgilərin təşkili, sahibkarlara dəstəyin göstərilməsi, eləcə də biznes ictimaiyyətləri arasında beynəlxalq tərəfdaşlıqların inkişafı istiqamətində əməkdaşlıq həyata keçiriləcək.
Tərəflər uzunmüddətli əməkdaşlığın inkişafının və Azərbaycan ilə Afrika ölkələrinin sahibkarları üçün yeni imkanların yaradılmasının əhəmiyyətini vurğulayıblar.




