Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
“Aqualink” MMC-nin təşkilatçılığı, “Caspian Energy Club”ın baş networking və AQİSA-nın tərəfdaşlığı ilə IV Xəzər Su İnnovasiya Forumu keçirilib.
10/1/20241 min read


“Aqualink” MMC-nin təşkilatçılığı, “Caspian Energy Club”ın baş networking və AQİSA-nın tərəfdaşlığı ilə IV Xəzər Su İnnovasiya Forumu keçirilib.
IV Xəzər Su İnnovasiya Forumu regionda su təsərrüfatının effektiv idarəedilməsi, yeni texnologiyaların tətbiqi və dövlət-özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə müzakirə və əməkdaşlıq platforması yaratmağı hədəfləyir. Tədbirdə su ehtiyatlarının qorunması, ekosistemə təsirlərin minimuma endirilməsi və təbii ehtiyatların səmərəli istifadəsi ilə bağlı müzakirələr aparılıb.
Ekoloji və iqtisadi inkişaf baxımından böyük əhəmiyyət kəsb edən su ehtiyatlarının davamlı istifadəsini və mühafizəsini təmin edə biləcək innovativ yanaşmalar və texnologiyaların axtarışında səylərin birləşdirilməsi üçün forum möhkəm bir zəmin yaradır.
Önümüzdəki illərdə forumun təşkili su sənayesində yeni texnologiyaların tətbiqi, beynəlxalq təcrübələrin öyrənilməsi, dövlət-özəl əməkdaşlığın genişləndirilməsi və sektor üzrə maarifləndirmənin artırılması üçün yeni imkanlar yaradacaq.
Forum çərçivəsində “Aqualink” MMC və “Caspian Energy Club” arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində Orxan Mikayıl, dövlət qurumları ilə sıx əməkdaşlıq edərək sahə üzrə müvafiq islahatlarda özəl sektorun rolunun artırılması üçün addımların atılacağını qeyd edib.









