Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB) iki günlük tədbir olaraq 8 və 9 oktyabr tarixlərində keçirildi

10/29/20244 min read

Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB) iki günlük tədbir olaraq 8 və 9 oktyabr tarixlərində keçirildi.

Forum halal sənayesinin inkişaf perspektivləri, bu sahədə standartlar, investisiya imkanları və əməkdaşlıq yollarının müzakirə platforması kimi xidmət etdi. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası üzv şirkətlərinin nümayəndələri ilə birgə açılışda iştirak etdilər.

AZHAB Bakıda ilk dəfə təşkil olunan forum və tədbir Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təşkil edildi. Tədbir, Caspian Event Organisers MMC, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq İslam Biznesi Assosiasiyası (IAIB), İslam Ticarət və İnkişaf Palatası (ICCD), İslam Ölkələri üçün Statistika, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC) və İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC) dəstəyi ilə baş tutdu. Tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən 20 ölkədən rəsmilər, ekspertlər, akademiklər, beynəlxalq təşkilat nümayəndələri və işgüzar dairələrin rəhbərləri iştirak etdilər.

Tədbir investisiya və ticarətdə yeni əməkdaşlıqların qurulması, ideya və təcrübə mübadiləsinin təşviqi və Azərbaycana xarici investisiyaların cəlb edilməsini hədəflədi. Forum Qurani-Kərimdən ayələrin oxunması ilə açıldı.

Açılış sessiyasında Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi Məsələlər üzrə Baş Katibin müavini Dr. Əhməd Kavasa Sengendo, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzli, SESRIC baş direktoru xanım Zəhra Zümrüt Selçuk, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini cənab Səməd Bəşirli, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini cənab Hacı Salman Musayev, İslam Əməkdaşlıq Gənclər Forumu (ICYF) prezidenti cənab Taha Ayhan, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti cənab Məmməd Musayev, SMIIC baş katibi cənab İhsan Övüt və KOBİA İdarə Heyətinin sədri cənab Orxan Məmmədov çıxış etdilər. Onlar halal məhsul sertifikasiyası, sahədə standartlar, idxal-ixrac çağırışları, beynəlxalq bazarlarda rəqabət, innovasiya və texnologiyanın rolu, investisiya imkanları və əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşdülər.

Forum iki hissədən ibarət idi: konfrans və sərgi. Forum panel müzakirələri ilə davam etdi.

The Azerbaijan Halal Business and Tourism Forum (AZHAB Forum) was held on october 8th and 9th lasted for two-days.

Forum aimed to become a platform for discussion on the development prospects of the halal industry, standards in this field, investment opportunities, and avenues for cooperation. The Azerbaijan Food and Beverage Industrialists Association participated with two stands featuring five member companies.

AZHAB Forum was held for the first time in Baku, organized by the Ministry of Economy of the Republic of Azerbaijan, the State Tourism Agency, and the Small and Medium Business Development Agency (KOBIA). The event was supported by Caspian Event Organisers LLC, the National Confederation of Entrepreneurs (Employers) Organizations of the Republic of Azerbaijan, the Organization of Islamic Cooperation (OIC), the International Association of Islamic Business (IAIB), the Islamic Chamber of Commerce and Development (ICCD), the Statistical, Economic and Social Research and Training Centre for Islamic Countries (SESRIC), and the Standards and Metrology Institute for Islamic Countries (SMIIC).

Officials, experts, academics, international organizations, and business leaders from around 20 countries were participating in the forum, representing different regions of the world.

The event aimed to foster new cooperation in investment and trade, facilitate the exchange of ideas and experiences, and promote foreign investment in Azerbaijan.

The forum commenced with the reading of verses from the Holy Quran.

During the opening session, Majnun Mammadov, Minister of Agriculture of the Republic of Azerbaijan, Dr. Ahmad Kawesa Sengendo, Assistant Secretary General for Economic Affairs of the Organization of Islamic Cooperation, Goshgar Tahmazli, Chairman of the Food Safety Agency of the Republic of Azerbaijan, Zehra Zümrüt Selçuk, Director General of SESRIC; Samad Bashirli, Deputy Minister of Economy of the Republic of Azerbaijan, Haji Salman Musayev, First Deputy Chairman of the Caucasian Muslims Board, Taha Ayhan, President of the Islamic Cooperation Youth Forum (ICYF), Mammad Musayev, President of the National Confederation of Entrepreneurs (Employers) Organizations of the Republic of Azerbaijan, Ihsan Övüt, Secretary General of SMIIC and Orkhan Mammadov, Chairman of the Management Board of KOBIA, delivered speeches. They shared insights on halal product certification, standards in the field, import-export challenges, competition in international markets, the role of innovation and technology, investment opportunities, and cooperation prospects.

The forum comprised two segments: a conference and an exhibition. The forum continued with panel discussions.