Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Azərbaycan Halal Biznes və Turizm Forumunun (AZHAB) sərgi qismində AQİSA beş üzv şirkət ilə iştirak etdi
10/31/20242 min read
AZE🇦🇿
8-9 oktyabr tarixlərində keçirilmiş Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB), halal sənayesində standartlar, investisiya imkanları və əməkdaşlıq mövzularında müzakirələr üçün bir platforma rolunu oynadı. Forum iki hissədən ibarət idi: konfrans və sərgi. Sərgidə yerli və xarici olmaqla təxminən 30 şirkətin ərzaq, tekstil, xidmət, İKT və təhsil sahələrində məhsul və xidmətləri nümayiş olundu. Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) sərgidə iki stenddə beş üzv şirkəti ilə iştirak etdi. AQİSA-ya üzv olan Farko, Herba Flora, I’m Honey, Dolcha Foods və Payim şirkətləri konfrans qonaqlarına və ziyarətçilərə öz məhsullarını təqdim etdilər.
AQİSA-nın stendləri rəsmilər, beynəlxalq nümayəndələr və ziyarətçilər tərəfindən böyük maraq gördü. Stendləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri cənab Orxan Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və digər rəsmi şəxslər ziyarət etdi. Forumun ikinci günündə AQİSA-nın stendi beynəlxalq nümayəndələr, Standartlaşdırma və Metrologiya İnstitutunun (SMIIC) Baş katibi cənab İhsan Övüt, Beynəlxalq İslam Biznesi Assambleyasının Prezidenti cənab Marat Kabayev, Ərəb-Braziliya Ticarət Palatasının Beynəlxalq Əlaqələr üzrə direktoru xanım Fernando Baltazar, Globothink Halal Industry Consultants-ın icraçı direktoru İrşad A.Cader və Haşimi İordaniya Krallığının konsulu cənab Əşrəf Qatarnə tərəfindən də maraq gördü.
ENG🇬🇧
The Azerbaijan Halal Business and Tourism Forum (AZHAB), held on October 8-9, served as a platform for discussions on halal industry standards, investment opportunities, and collaboration. The forum comprised two segments: a conference and an exhibition. The exhibition showcased products and services from around 30 companies, both local and international, primarily in the food, textile, service, ICT, and education sectors. The Azerbaijan Food and Beverage Industrialists Association (AQISA) participated with five member companies across two stands. AQISA’s member companies—Farko, Herba Flora, I’m Honey, Dolcha Foods, and Payim—displayed their products to forum guests and visitors.
AQISA’s stands attracted considerable interest from officials, international delegates, and visitors. Mr. Orxan Mammadov, Chairman of the Management Board of KOBIA; Mr. Qoshqar Tahmazli, Chairman of the Azerbaijan Food Safety Agency; and other officials visited the stands. On the second day of the forum, AQISA’s exhibit continued to attract attention from international delegates, including Mr. Ihsan Övüt, Secretary General of the Standards and Metrology Institute for Islamic Countries (SMIIC); Mr. Marat Kabayev, President of the International Assembly of Islamic Business; Ms. Fernando Baltazar, Director for International Relations at the Arab-Brazilian Chamber of Commerce; Irshad A.Cader, CEO of Globothink Halal Industry Consultants; and Mr. Ashraf Qatarneh, Consul of the Hashemite Kingdom of Jordan.