Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Azərbaycan məhsulları "Russia Halal Expo" sərgisində nümayiş olundu
5/19/20231 min read
May ayının 19-da Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən "Russia Halal Expo" sərgisində Azərbaycan məhsulları, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə vahid ölkə stendində nümayiş olundu. Stenddə sahibkarlar tərəfindən müxtəlif Azərbaycan istehsalı olan ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul və xidmətlər təqdim edilib.
Mayın 19-da Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmiləri və AQİSA idarə heyətinin üzvlərindən ibarət Azərbaycan nümayəndə heyəti ölkə stendi ilə tanış olub.
"Russia Halal Expo" beynəlxalq sərgisində Azərbaycanın stendində yerli məhsullarımız təqdim olundu. Sərgidə AQİSA üzvlərindən olan "Halal Payim" MMC, @hazel_azerbaijan və @qochet şirkətlərinin iştirakı baş tutub.
Qeyd edək ki, "Russia Halal Expo" sərgisi 14-cü "Rusiya – İslam dünyası: Kazan Forumu 2023" Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.