Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Azərbaycan Prezidentinin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəliyi ilə görüş baş tutub
8/17/20241 min read
AQİSA və Türes Azərbaycan üzvləri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına əhəmiyyətli bir səfər həyata keçirdilər. Bu səfərin əsas məqsədi bölgədə biznes inkişafı imkanlarını araşdırmaq, yenidənqurma işləri ilə tanış olmaq və potensial əməkdaşlıq sahələrini müzakirə etmək idi.
Səfər zamanı Azərbaycan Prezidentinin Xankəndi, Ağdərə və Xocalı üzrə xüsusi nümayəndəliyi ilə görüş keçirildi. Görüş zamanı regionda yaranan investisiya imkanları və Xankəndi də daxil olmaqla işğaldan azad olunmuş digər ərazilərdəki inkişaf prosesləri, həmçinin AQİSA üzvlərinin HORECA, ictimai iaşə, kofeşop, otel və hostel sahələrində mövcud olan icarə yerlərini dəyərləndirmələri və istehsalat müəssisələrinin yaradılması müzakirə edildi.
Görüş zamanı AQİSA və Türes Azərbaycan üzvü olan sahibkarlar Xankəndi və ətraf bölgələrdəki əlverişli imkanlardan faydalanaraq işğaldan azad olunmuş torpaqlarda tezliklə öz fəaliyyətlərinə başlamaq arzusunda olduqlarını ifadə etdilər.
Artıq Xankəndidə iki AQİSA üzvü öz fəaliyyətinə başlamışdır.