Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası 4 Aprel Tarixində İdarə Heyətinin İclasını və İftar Süfrəsini Təşkil Etdi: Fəaliyyət Planları Müzakirə Olundu, 2024-cü İl Üçün Yeni Hədəflər Müəyyənləşdirildi

4/4/20241 min read

4 Aprel tarixində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) idarə heyətinin iclası və iftar süfrəsi baş tutmuşdur.

Görüşdə, əvvəlki iclasda alınan qərarların icra vəziyyəti nəzərdən keçirilmiş, təşkilatın 2023-cü il dövründəki fəaliyyətləri müzakirə olunmuşdur. Aprel, May və İyun ayları üçün icra olunacaq fəaliyyət planı müəyyən edilmişdir. Həmçinin, 2024-cü il üçün yeni hədəflər müəyyən edilərək, AQİSA-nın genişləndirilməsi üçün müzakirələr aparılmışdır.

İdarə heyətinin görüşündən sonra iftar süfrəsi təşkil olunmuşdur. İftar süfrəsində sənayedə mövcud olan və inkişaf etdirilməsi gərəkilən mövzularla bağlı fikir mübadiləsi aparılmışdır.

AQİSA idarə heyətinin iftar süfrəsi, üzvümüz olan Natavan Restoranında baş tutmuşdur.