Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) İdarə Heyətinin görüşü baş tutmuşdur

11/4/20241 min read

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) İdarə Heyətinin görüşü baş tutmuşdur.

Görüşdə İdarə Heyətinin üzvləri 31 may tarixində keçirilmiş idarə heyəti iclasında qəbul olunan qərarların icrası ilə bağlı vəziyyətlə tanış olmuşlar. Həmçinin, AQİSA-nın son aylardakı fəaliyyət planının yerinə yetirilməsi müzakirə olunmuş və təşkilatın beynəlxalq və yerli əməkdaşlıq imkanları nəzərdən keçirilmişdir. Yüksək səviyyədə baş tutan AzHab Forumunda AQİSA-nın iştirakı müzakirə edilmiş, 2025-ci ildə baş tutacaq İnterFood və CaspianAgro sərgiləri ilə bağlı fikir mübadiləsi aparılmış və təşkilatın qarşıdakı aylar üçün fəaliyyət planı müzakirə olunmuşdur.

İclasda yeni hədəflər müəyyən edilmiş və planlar hazırlanmışdır.