Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin görüşü keçirilib
6/2/20231 min read
31 May tarixində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə görüşü keçirilib. Görüş zamanı rəqabət siyasəti, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələri müzakirə edildi.
Görüş çərçivəsində yaxından tanışlıq, dövlət-özəl sektor tərəfdaşlığı istiqamətində birgə layihələrin həyata keçirilməsi və koordinasiyanın təkmilləşdirilməsi məsələləri müzakirə edilib. AQİSA tərəfindən mal, iş və xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərin daim diqqətdə saxlanılması və bu yöndə Dövlət Xidməti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda sahibkar-ların müraciətləri və qarşılaşdıqları çətinliklər barədə məlumatlar müzakirə zamanı diqqətə çatdırılıb. Mövcud problemlərin aradan qaldırılması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun həllər, təklif və rəylər dinlənilib.