Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və Vyetnam Sahibkarlıq Milli Assosiasiyasının (VINEN) arasında Anlaşma Memorandumu imzalanıb.

7/29/20241 min read


23 İyul tarixində “Bakı KOB evi”ndə AQİSA üzvləri və Vyetnam sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi, ticarət və investisiya sahəsində əlaqələrin inkişafına dair Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) və Vyetnam Sahibkarlıq Milli Assosiasiyasının (VINEN) arasında Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə keçirilmiş görüşdə Vyetnam və Azərbaycan iş adamları, eləcə də yerli biznes assosiasiyaların nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Vyetnamdakı fövqəladə və səlahiyyətli səfiri Şövqi Mehdizadə, KOBİA-nın İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev, VINEN-nin nümayəndəsi xanım Trinh Thi Thu Ha, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktorunun müşaviri Şəbnəm Allahverdiyeva, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) sədri Emin Dostiyari çıxış ediblər. Çıxışlarda Azərbaycan və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün perspektivlər, ölkələrimizin biznes və investisiya mühiti, iş adamları arasında əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsi üçün imkanlar barədə məlumat verilib.

Tədbir çərçivəsində “Canet” MMC və Vyetnam Aşbazlar Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolları imzalanıb, Azərbaycan və Vyetnam iş adamları arasında birbaşa əlaqələrin qurulması üçün müzakirələr aparılıb.