Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası Məkkə Halal Forumunda İştirak Etdi

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası İdarə Heyətinin üzvləri Məkkə Halal Forumunda iştirak edərək halal sertifikatlaşdırma və investisiya mövzularının müzakirələrində işitrak etdi.

1/30/20241 min read

Yanvarın 23-25-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində keçirilən “Məkkə Halal Forumu”nda Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının üzvləri, o cümlədən İdarə Heyətinin üzvləri iştirak etmişdir.

Forum-sərgidə 57 üzvü olan İslam Ticarət və İnkişaf Palatasına üzv ölkələrin nümayəndə heyətləri qatılıb. Məkkə şəhərinin mərkəzində təşkil olunan sərgiyə ümumilikdə 100-dən artıq ölkədən 3 min ziyarətçi iştirak edib.

Forumda 10-dan çox panel, 250 ikitərəfli və çoxtərəfli iclas keçirilib. Burada halal sertifikatlaşdırmanın əhəmiyyəti, ən son standartlar, halal məhsul və xidmətlərin, eləcə də halal qidaların təhlükəsizliyini və orijinallığını təmin etmək üçün normativ bazalar müzakirə olunub. Sessiyalarda həmçinin halal turizmə müsəlman səyahətçiləri cəlb etmək imkanları, onların mədəni və dini ehtiyaclarına cavab verən istiqamətlərin təşviqi ilə halal investisiya alətləri ətrafında geniş diskussiyalar aparılıb.