Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası üzvləri ilə Dövlət Vergi Xidməti nümayəndələri arasında görüş baş tutub

6/21/20251 min read

Dövlətin dəstək mexanizmləri və vergi tənzimləmələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində ictimai iaşə sektorunun mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, aidiyyəti sahə üzrə təkliflər və çətinliklər səsləndirilib.

Müfəssəl əsaslar ilə edilən təkliflər arasında ən önəmlisi məhs içtimai iaşə sahəsində vergi cəlbolunmasını sadələşmiş 8% dən 5-6% endirilməsi və bunun 2026 butcəsində nəzərə alınması müzakirə olundu.

Nəğdsiz ticarət zamanı kart faizlərin 2% qədər catması əlavə xərc yükü gətirdiyi bu məsələnin dövlət səviyyəsində milli bank ilə müzakirə edilməsi və bir çox ölkələrdə mövcud olan az faiz dərəcəli yerli kart sisteminin qurulmsı təklif olundu.

Sadələşmiş vergi limitinin 200.000 azn-dən artırılması ehtiyacıda müzakirə olunan məsələlər arasında idi. İçtimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq fəaliyyəti üçün bu limit ciddi artırılması ehtiyacı iqtisadi əsaslar ilə geniş müzakirə olundu.

Dövlət Vergi Xidmətinin nümayəndələri vergi qanunvericiliyinin bir sıra aspektlərini ətraflı izah edərək üzvlərimizin suallarını cavablandırıblar. Sonda bu kimi görüşlərin mütəmadi əsasda davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.