Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq görüşü keçirilib

8/16/20241 min read

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası və Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq görüşü keçirilib. Hər iki tərəf birgə əməkdaşlıq perspektivlərini və bu vaxta qədər həyata keçirilmiş layihələr haqqında məlumat mübadiləsi aparılıb.

Görüşün əsas mövzuları tanışlıq, əməkdaşlıq imkanlarının araşdırılması və TələbəPlus kartı ilə bağlı mümkün əməkdaşlıq istiqamətləri olub. Bu görüş, hər iki qurumun qarşılıqlı əməkdaşlığını gücləndirmək və tələbələr üçün yeni imkanlar yaratmaq istiqamətində əhəmiyyətli addımlar atmağı hədəfləyir.

Görüş zamanı, Fondun faktiki həyata keçirdiyi və planladığı layihələr müzakirə olunub. Xüsusilə, dövlət-universitet-sənaye tərəfdaşlığı çərçivəsində birgə həyata keçirilə biləcək yeni layihələr barəsində fikir mübadiləsi aparılıb. AQİSA olaraq, ölkəmizdə təhsilin və gənclərin inkişafına öz töhfəmizi verməyə hər zaman hazırıq. AQİSA ailəsi olaraq, TələbəPlus layihəsinə qatılacaq və Təhsilin İnkişafı Fondu ilə birgə əməkdaşlığımızı irəlilədəcəyik.