Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Azərbaycanda ilk “Azerbaijan Coffee Cup 25” qəhvə çempionatı keçirilib

4/5/20251 min read

5 aprel 2025-ci il tarixində Sea Breeze Event Hall məkanında Azərbaycanda ilk dəfə olaraq “Azerbaijan Coffee Cup 25” qəhvə məkanları arasında milli çempionat təşkil olunub. Tədbir yerli qəhvə istehsalçısı Baristica MMC tərəfindən həyata keçirilib.

Çempionat ölkənin müxtəlif bölgələrindən baristaları, qəhvə sahəsində fəaliyyət göstərən mütəxəssisləri və beynəlxalq qonaqları bir araya gətirərək qəhvə sənayesinin inkişafı və peşəkar bacarıqların təşviqi baxımından mühüm platforma olub. Yarışmada 15 aparıcı qəhvə məkanı komanda şəklində iştirak edərək təqdimat, avtor içkilərin hazırlanması, xidmət keyfiyyəti və səhnə performansı üzrə qiymətləndirilib.

Tədbirin açılışında dövlət və sənaye nümayəndələri, eləcə də beynəlxalq qonaqlar iştirak edib. Münsiflər heyəti qəhvə sahəsində tanınmış beynəlxalq ekspertlərdən ibarət olub. Çempionat qəhvə mədəniyyətinin inkişafı, peşəkar şəbəkələşmə və yeni yanaşmaların təşviqi baxımından əhəmiyyətli tədbir kimi qeyd olunub.