Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Bakı Su Həftəsinin Açılışında Anlaşma Memorandumu İmzalandı

Bakı Su Həftəsi zamanı AQİSA və Aqualink MMC arasında COP29-un təşkili üçün ekoloji maarifləndirmə və layihələr üzrə anlaşma memorandumu imzalandı.

3/13/20241 min read

12-14 Mart tarixləri arasında Azərbaycanda ilk dəfə keçirilən Bakı Su Həftəsinin açılış mərasimindən sonra, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) idarə heyəti sədri Emin Dostiyari və Aqualink MMC-nin İcraçı Direktoru Orxan Mixayılov arasında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən AQİSA “Azərbaycanda və Türkiyədə dayanıqlı gələcək” şüarı altında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı birgə layihələrin icrası üçün “Aqualink” MMC və “AGRO TELEVİZİYA VƏ RADİO REKLAM” MMC tərəfindən yaradılan birgə Komissiyanın tərkibində yer alacaqdır.

Komissiya, keçiriləcək olan tədbirlər çərçivəsində ekoloji maarifləndirmənin həyata keçirilməsi və Azərbaycan Respublikasında keçiriləcək olan COP29 ilə bağlı layihələrdə iştirak edəcəkdir.

Qeyd etmək istəyirik ki, ölkəmizdəki qida və içki sektorlarının inkişafı, ekoloji cəhətdən təkmilləşdirilməsi üçün önəmli addımların atılmasında AQİSA ailəsi olaraq üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik.