Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində SME World Forum 2023 Keçirilib

11/19/20231 min read

Noyabrın 16-da Bakıda Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) keçirilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyalar, iş adamları iştirak ediblər. Forumda Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası idarə heyətinin sədri və üzv olan şirkətlər də iştirak edib.

Tədbirin məqsədi kiçik və orta biznesin dəstəklənməsi və inkişafı sahəsində ən yaxşı təcrübənin öyrənilməsi, institusional tərəfdaşlığın genişləndirilməsi, maraqlı tərəflər arasında əməkdaşlıq üçün yeni imkanların müəyyən edilməsi, gənc sahibkarlığın təşviqi, eləcə də Azərbaycanın əlverişli biznes mühitini və potensial investisiya imkanlarını geniş auditoriyaya tanıtmaq olub.