Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

Bakıda VI “Xəzər Su İnnovasiya Forumu” keçirilib

9/12/20251 min read

“AQUALİNK” şirkətinin təşkilatçılığı ilə keçirilən forum su ehtiyatlarının səmərəli idarə olunması, ekoloji tarazlığın qorunması və innovativ texnologiyaların tətbiqi kimi aktual istiqamətlərin müzakirə olunduğu platforma kimi çıxış edib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, aparıcı şirkətlər və elmi ekspertlər iştirak edərək su sektorunda mövcud çağırışlar və gələcək inkişaf imkanları barədə fikir və təcrübələrini bölüşüblər.

Forum çərçivəsində təşkil olunan panel müzakirələrdə su texnologiyaları, ətraf mühitin mühafizəsi, təkrar emal həlləri və su resurslarının idarə olunmasında müasir yanaşmalar ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQISA) tədbirdə iştirak edərək su resurslarının səmərəli istifadəsi və dayanıqlı inkişaf prinsiplərinin sənaye sahələrində tətbiqi ilə bağlı müzakirələrə qoşulub.