Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

CASA kulinariya 3-cü il yubileyinə həsr olunmuş xeyriyyə məqsədli Qala Şam yeməyində AQİSA İdarə Heyətinin Sədri və Üzvləri iştirak edib

12/17/20241 min read

7 dekabr 2024-cü il tarixində Azərbaycan Kulinariya Sənətləri Mərkəzi (CASA) kulinariyada innovasiya, mükəmməllik və təsirliliyin 3-cü ilini qeyd etmək üçün keçirilən və mühüm tədbir olan 3-cü yubileyinə həsr olunmuş xeyriyyə məqsədli Qala Şam yeməyi keçirilib. Qala gecəsində AQİSA İdarə Heyətinin Sədri və Üzvləridə iştirak edib.

“Seeds of Promise: Celebrating CASA’s Growth” mövzusuna həsr olunmuş bu tədbir CASA-nın regionda kulinariya təhsilini inkişaf etdirmək məqsədilə transformativ yolunu və dəyişməz öhdəliyini böyük şərəflə qeyd etmək üçün təşkil olunub. Bu tədbir Azərbaycan kulinariya sahəsinin inkişafına töhvə verəcək və gələcək inkişafı üçün böyük rol oynayacaq bir platforma rolu oynayır.

Qonaqlar Mişelin ulduzlu kulinariya peşəkarları olan “Yew Eng Tong”, “Jeff Tan Seng” və “Daren Liew Chee Luen” kimi məşhur dünya şefləri, eləcə də Azərbaycanın kulinariya eksperti Təbriz Meybullayev tərəfindən xüsusilə hazırlanmış menyudakı yeməklərin dadına baxıblar.

Gecədə sevilən Azərbaycanlı müğənni və aparıcı Tofik Həsənsoy tərəfindən canlı ifa və Azərbaycan Respublikasının xalq artisti Təranə Muradovanın rəhbərlik etdiyi Odlar Yurdu qrupu (rəqqasə: Darya Maslakova və rəqqas Tuncay Hüseynov) tərəfindən milli rəqs təqdimatı olub.

Qala gecəsinin keçirilməsində məqsəd CASA-nın kulinariya sənətlərində liderlərin növbəti nəsillərini inkişaf etdirmək və kulinariya mükəmməlliyini formalaşdırmaq missiyasını qeyd etməkdir.