Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
"Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində növbəti təşəkkürnamə
5/16/20231 min read
16 May 2023-cü il tarixində "Caspian Agro" Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və "InterFood Azerbaijan" Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərinin artıq 4 ildir ki rəsmi dəstəkçisi olduğumuz üçün Caspian Event Organisers tərəfindən növbəti təşəkkürnamə ilə təltif olunduğumuzu AQİSA ailəsi və sənayemiz ilə paylaşmaqdan məmnunluq hissi duyuruq.
Bu təşəkkürnamə, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA) olaraq göstərdiyimiz səylərin və sərgilərə verdiyimiz dəstəyin dəyərli bir təsdiqidir. Biz, qida və içki sektorunun inkişafı və təkmilləşdirilməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik.
Qida və içki sənayesinin inkişafında önəmli addımların atılmasına və bu sahədə fəaliyyət göstərən bütün kiçik və orta bizneslərin dəstəklənməsinə yönəlmiş əməkdaşlığımızın davam edəcəyini bir daha bəyan edirik.