Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası

CICA Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu Biznes Forumu keçirilib

5/20/20251 min read

20 may 2025-ci il tarixində Bakı şəhərində KOBİA və CICA (AQEM — Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Katibliyinin birgə təşkilatçılığı ilə CICA Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu CICA Biznes Forumu keçirilib.

Tədbirdə CICA-ya üzv ölkələrdən dövlət rəsmiləri, biznes nümayəndələri və KOB-lar rəqəmsallaşma, qadın sahibkarlığı, sənaye əməkdaşlığı və yaşıl transformasiya kimi mövzuları müzakirə ediblər.

CICA Baş katibi Kairat Sarybay və KOBİA sədri Orxan Məmmədov çıxış edərək KOB-ların inkişafı, rəqəmsal transformasiya və regional əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Tədbirdə Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQISA) da iştirak edib və sektor nümayəndələri ilə görüşlər keçirib.

Forum çərçivəsində “KOB-ların rəqabət qabiliyyəti” və “dayanıqlı inkişaf və qadınların rolu” mövzularında panel müzakirələri baş tutub.