Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
COP29-la bağlı istiqamətlər, konfransdakı vacib mövzular, eləcə də Azərbaycanın bu konfransda aktiv iştirakı ilə bağlı müzakirə baş tutdu
8/14/20241 min read
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini xanım Ümayra Tağıyeva, COP29-un BMT-nin İqlim Dəyişmələri üzrə çempionu xanım Nigar Arpadarai, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari və digər ictimai şura üzvlərinin iştirakı ilə COP29 mövzusunda görüş keçirildi. Görüşdə COP29-la bağlı istiqamətlər, konfransdakı vacib mövzular, eləcə də Azərbaycanın bu konfransda aktiv iştirakı ilə bağlı müzakirələr baş tutdu.
COP29 (BMT İqlim Dəyişmələri üzrə Konfransı) 2024-cü ildə Azərbaycanda keçiriləcək və bu konfrans qlobal iqlim dəyişikliyi ilə mübarizədə mühüm addımların atılması üçün vacib bir platformadır. Konfransda karbon emissiyalarının azaldılması, iqlim maliyyələşdirilməsi və iqlim dəyişikliklərinə uyğunlaşma kimi mövzular əsas müzakirə obyektləri olacaq.